Rusiyada mina partladı: “Rossiya 24”ün əməkdaşı yaralandı

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində minanın partlaması nəticəsində “Rossiya 24” telekanalının operatoru yaralanıb.

Viral.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.

Məlumatda qeyd edilib ki, telekanal əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qarın boşluğundan və sol çiynindən qəlpə yaraları alıb. Həkimlər onu əməliyyat ediblər.

Son Yazılar:

Operatordan başqa üç hərbçi də yaralanıb. Onlardan biri əzalarından aldığı yaralarla 2 saylı Belqorod xəstəxanasına çatdırılıb, iki nəfərə tibbi yardım göstərilib.