“İrəvanda yəhudi sinaqoquna hücumla bağlı insident təşviş doğurur”.
Viral.az xəbər verir ki, bunu “Armenpress”ə Ermənistan baş naziri aparatının rəhbəri, Milli Azlıqlar Şurasının sədri Arayik Arutyunyan deyib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır. Əminik ki, hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitinin açılması üçün mümkün olan hər şeyi edəcək”, – o bildirib.
Qeyd edək ki, dünən İrəvanda naməlum şəxsin sinaqoqun pəncərəsinə daş atması barədə məlumat yayılıb.
Xatırladaq ki, 2023-cü ilin 6 oktyabr və 15 noyabr tarixlərində İrəvandakı yəhudi sinaqoquna da vandal hücumları həyata keçirilib.