Ermənistanda daha bir hərbçi ölüb

Ermənistanda hərbçi poliqonda ölüb.

Viral.az xəbərə verir ki. İstintaq Komitəsinin məlumatına görə, faciəvi hadisə mayın 26-da baş verib. Hərbi texnika (hansı olduğu bildirilmir) dayanmış “Ural” yük maşını ilə toqquşub. Kabinədə olan əsgər A.Aroyan kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb və tezliklə orada dünyasını dəyişib.

Son Yazılar:

Faktla bağlı Cinayət Məcəlləsinin 3-cü maddəsinin 538-ci (texniki istismar qaydalarını pozma) ilə cinayət işi başlanıb. Ekspertlər təyin edilib, şahidlər dindirilib, günahkarların dairəsi aydınlaşdırılır.