Müharibə veteranlarına verilən müavinətlərin artırılması bir neçə dəfə qaldırılıb. Bildirim ki, təqaüdünü 80 manatdan 160 manata çatdırmaq üçün o qədər də böyük məbləğ lazım deyil.
Viral.az xəbər verir ki, bunu deputat Əli Məslimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Hesablamalara görə, ayda 14,4 milyon manat əlavə vəsait tələb olunur ki, bu da bizim büdcə üçün böyük məbləğ deyil. Elə məsələlər var ki, vaxtında həll edilmədikdə bumeranq effekti yaradır. 80 manatlıq müavinətin artırıması ilə bağlı ilin 2-ci yarısında addımlar atılmalıdır. Onların təqaüdləri oktyabrdan artırılsa, 45 milyon manat vəsait tələb olunacaq ki, bu da böyük rəqəm deyil”, – deyə o bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 179 840 nəfər müharibə veteranı var.