Azəbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Naiq Yusifovun atası Nəsir Yusifov 93 yaşında vəfat edib.
Viral.az xəbər verir ki, mərhum sabah Tovuz rayonunun Ağdam kəndində dəfn olunacaq.
Qeyd edək ki, N. Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulub. O, 1990-cı ildə yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 1992-ci il 24 martda Tovuz rayonunun Koxa – Nəbi kəndində gedən gərgin döyüşdən sonra N.Yusifov özü ilə yanaşı, döyüş yoldaşlarını da xilas etməyə cəhd göstərir. O, düşmənə ələ keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxaraq qəhrəmancasına həlak olur.
Son Yazılar:
- Tramp onu Ukraynaya xüsusi elçi təyin ETDİ
- ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ÖLDÜ
- Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
Azərbaycan Prezidentinin Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.