Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” klubu Polşa çempionatında növbəti qələbəsini qazanıb.
Viral.az-ın məlumatına görə, XXV turda “Lexiya”ya qarşı matçda meydana start heyətində çıxan Renat Dadaşov heç nə ilə yadda qalmayaraq 86-cı dəqiqədə əvəzlənib.
Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Qarşılaşma “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
- Ukrayna Ordusu Kursk vilayətində əməliyyatı davam etdirir
- Samuxda yeniyetmə qız dəm qazından ZƏHƏRLƏNDİ
- Daşkəsəndə silah-sursat TAPILDI
Qeyd edək ki, R.Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Onun komandası ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.