Rusiyada daha bir yaşayış məntəqəsində alkoqol qəbulu qadağan edilib.
Bu barədə Viral.az “Buryatiya-Onlayn” “Telegram” kanalına istinadla xəbər verir.
Buryatiya regionunun Malıy Narın kəndinin sakinləri yığıncaq keçiriblər və öz yaşayış məntəqələrini spirtli içkinin içilmədiyi zona elan etmək barədə yekdliliklə qərar qəbul ediblər.
Son Yazılar:
- Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı
- “Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı
- Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevgilidir?
Əhali hakimiyyət orqanları, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yaşayış məntəqəsində spirtli içkilərin satışının tam qadağan edilməsi qərarına gəlib.
Qeyd edilir ki, bu, regionda yerli əhalinin spirtli içkilərin qəbuluna qarşı fəal mübarizə aparan ilk yaşayış məntəqəsi deyil. Malıy Narın Buryatiyada bu cür addım atan sayca 30-cu yaşayış məntəqəsidir.