2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumilikdə 288 milyon 940 min dollar dəyərində 16 758 ədəd avtomobil idxal olunub.
Bu barədə Viral.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 26% və ya 3 459 ədəd , dəyəri isə 16.7% və ya 41.3 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 247 milyon 612 min dollar dəyərində 13 299 ədəd avtomobil idxal edilib.
Son Yazılar:
- Erməni əsgərin sərhəddəki təxribatının görüntüləri yayıldı
- “Barselona”nın oyunçusu millidən kənarlaşdırıldı
- Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevgilidir?
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.9% azalaraq 309 ədəd təşkil edib.