ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik material çərşənbə axşamı martın 18-də ictimaiyyətə açıqlanacaq.
Viral.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi adına İfa Sənəti Mərkəzinə səfəri zamanı deyib.
“Kampaniya zamanı demişdim ki, onları ictimaiyyətə təqdim edəcəyəm. Və mən sözümün üstündə dayanacağam. Ona görə də sabah Kennedi ilə bağlı sənədləri alacaqsınız”, – o bildirib.
Son Yazılar:
- Bu gün iki şəhidimiz dəfn ediləcək – Foto
- Bölgələrdə pensiya alanlara şad xəbər
- Bu gün ilk Qədr gecəsidir
Qeyd edək ki, yanvarın 23-də Tramp Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialların yayılmasına dair sərəncam imzalayıb.