“Neft Daşları”nda kran tarazlığını itirərək dənizə düşüb.
Viral.az SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumatı APA-ya təsdiqləyib.
Məlumata görə, bu gün saat 16:25 radələrində “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma sahəsində “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti quraşdırma bölümü tərəfindən aparılan təmir işləri zamanı “Libher Gravleer” markalı tırtıllı kran tarazlığını itirərək dənizə düşüb.
Son Yazılar:
- Erməniəsilli şəxslərin məhkəməsi ilə bağlı Azərbaycana qarşı qarayaxma kampaniyası əsassızdır
- Paşinyan Ermənistan Müdafiə Nazirliyinə təlimat verdi: ATƏŞKƏSİ POZMAYIN
- Azərbaycanda saxlanılmış beynəlxalq axtarışda olan şəxs Qazaxıstana təhvil verildi
Hadisə nəticəsində kranın maşinisti Tağıyev Zahid Ramazan oğlu həyatını itirib.
Mərhumun nəşi saat 18:10 radələrində tibbi təyinatlı helikopterlə sahilə çıxarılıb.