Şəkidə 4 otaqlı yaşayış evi YANDI

Şəkidə 4 otaqlı yaşayış evi YANDI

Şəkidə 4 otaqlı yaşayış evi yanıb.

Viral.az APA-ya istinadən xəbər verir ki, axşam saat 21 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində Sahid Vahid oğlu Nəsirova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü 4 oatlı evdə yanğın baş verib.

Yanğının söndürülməsinə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Son Yazılar:

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evləri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.