17 yaşlı qız kanala düşdü – axtarış gedir

17 yaşlı qız kanala düşdü - axtarış gedir

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Viral.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Son Yazılar:

Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Əlavə məlumat veriləcək.