Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.
Viral.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib. 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb ki, bu, son iki ilin rekord göstəricisidir.
Son Yazılar:
- CAR-da təyyarə aviaşou zamanı qəzaya UĞRADI
- Tramp son çıxışı zamanı 9 yalan iddia irəli sürüb
- Berlində sağçı radikalların aksiyası zamanı azı 50 nəfər saxlanıldı
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.