İsrailin müdafiə naziri İsrael Katz orduya Qəzzada daha çox ərazi ələ keçirməyi əmr edib.
Viral.az “The Times of Israel”-ə istinadla xəbər verir ki, İsrael Katz bildirib ki, HAMAS girovları azad etməkdən nə qədər çox imtina etsə, Qəzzada bir o qədər çox ərazi itirəcək.
“Bu ərazilər də İsrail tərəfindən ilhaq olunacaq”, – deyə İsrael Katz vurğulayıb.