Rusiya Pezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa hədiyyə göndərib. Putin hədiyyəni ABŞ prezidentinin bu yaxınlarda Moskvada olan xüsusi nümayəndəsi Stiven Vitkoff vasitəsilə Donald Trampa çatdırıb.
Viral.az xəbər verir ki, bu haqda Stiven Vitkoff amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib. O, hədiyyənin nə olduğunu da açıqlayıb. Bu, Donald Trampın tanınmış rus rəssamlarından biri tərəfindən çəkilmiş portretidir.
“Prezident Putin aparıcı rus rəssamına Prezident Trampın gözəl portretini çəkməyi sifariş etmişdi və əsas etibarilə onu mənə verdi və məndən onu prezident Trampa aparmağımı istədi. Mən onu gətirib cənab Trampa verdim”.
Son Yazılar:
- Müdafiə Nazirliyindən həftəlik icmal – VİDEO
- Daha üç vəzifəli şəxs həbs OLUNDU
- “Mən onu dayandıra bilərəm” – Tramp
Xüsusi nümayəndə deyib ki, Tramp bu hədiyyədən “həqiqətən də təsirləndi”.
Xatırladaq ki, Rusiya prezidenti martın 13-də Vitkoffu qəbul edib və onun vasitəsilə Trampa məlumat ötürüb.