ABŞ bu həftənin sonuna kimi Rusiyaya qarşı sanksiyaları genişləndirəcək.
Viral.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
ABŞ onlarla işləmək üçün ikinci dərəcəli sanksiyalara məruz qalacaq Rusiya şirkətlərinin siyahısını 4 dəfə artıracaq. Məhdudiyyətlərin Sberbank, VTB və digər banklara təsir edəcəyi aydınlaşdırılır.
Siyahıdakı təşkilatla istənilən əməliyyat Rusiya hərbi-sənaye kompleksi ilə əməkdaşlığa bərabər tutulacaq. Bundan əlavə, Avropa İttifaqı Rusiyanın neft daşıyan ən böyük gəmiçilik şirkəti “Sovcomflot”a qarşı sanksiyalar tətbiq edə bilər.
“Bloomberg” həmçinin bildirir ki, yeni sanksiyaların bir hissəsi hərbi sənaye üçün istifadə olunan yarımkeçirici çiplərin Rusiyaya ixracına aiddir.