Suriyanın yeni hakimiyyət orqanları rəsmi olaraq Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin mühakimə olunmaq üçün ekstradisiyasını istəyib.
Viral.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələlik Suriyanın yeni lideri ilə şəxsi təmasları planlaşdırmır.
Son Yazılar:
- İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı YARALANDI
- İran və Türkiyə XİN başçıları arasında telefon danışığı OLDU
- Şamaxıda 34 yaşlı şəxs güllələnərək öldürüldü
2024-cü il dekabrın 8-də silahlı müxalifət – “Heyət Təhrir əl-Şam” qruplaşması paytaxt Dəməşqə daxil olub. Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövlət başçısı vəzifəsindən istefa verib və ölkəni tərk edərək Rusiyaya qaçıb.
Suriyaya hazırda keçid hökumətinin başçısı Əhməd əl-Şaraa rəhbərlik edir.