Ötən il Azərbaycandan Ukraynaya birbaşa xarici investisiyalar 6,021 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Viral.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir.
Bu göstərici 2023-cü il səviyyəsindən aşağı olsa da, 2022-ci illə müqayisədə birbaşa yatırılan investisiyalar 74,5 % artıb.
Son Yazılar:
- Yorğunluq, ağrı və göyərmələr hansı xəstəliyə işarədir?
- Qripə yoluxanda orqanizmdə nə baş verir?
- İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı YARALANDI
2023-cü ildə Azərbaycanın Ukraynaya birbaşa investisiyaları kəskin artaraq 23,644 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 33,08 dəfə çoxdur. 2022-ci ildə Ukraynadakı müharibə fonunda Azərbaycandan investisiyaların həcmi demək olar sıfıra düşüb – 2021-ci illə müqayisədə 95,97 % azalaraq cəmi 715 minABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın Ukraynaya investisiyaları 2,07 dəfə artaraq 17,259 milyon ABŞ dollarına çatıb. 2020-ci ildə pandemiyaya baxmayaraq, onların həcmi 8,567 milyon ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,43 dəfə (5,05 milyon ABŞ dolları) çoxdur.
Ukraynanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyalara gəlincə, Mərkəzi Bankının məlumatına görə, 2020-ci ildə bu investisiyalar 2019-cu illə müqayisədə 20,76 dəfə (5,67 milyon ABŞ dolları) artaraq 5,957 milyon ABŞ dollar təşkil edib. Amma AMB-nin statistikasında 2021-2024-cü illər üzrə Ukraynanın Azərbaycana investisiyaları barədə məlumat yoxdur.