Zaqatala rayonunda yanğın hadisəsi baş verib.
Viral.az xəbər verir ki, hadisə rayonun Muxax kəndində olub.
Belə ki, yanğın 1940-cı il təvəlüdlü Ömərova Gözəl Xalıq qızına məxsus yaşayış evində olub. Yanğın yerinə Zaqatala rayon YMH-nin texnikaları cəlb edilib.
Son Yazılar:
- İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək
- “Bayram gecəsi pulumu, qızıllarımı oğurlayıb evi də yandırıblar” – VİDEO
- Azərbaycan millisi yoxlama oyununda Belarusla qarşılaşır
Yanğın zamanı ümumi sahəsi 150 k/m olan 1 otaqlı yaşayış evinin bir otağının 50 k/m hissəsi və çardağının 20 k/m hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı 1972-ci il təvvəlüdlü Ömərova Arzu İbrahim qızı yanaraq dünyasını dünyasını dəyişib (Qafqazinfo).