Ermənistan KTMT-dən çıxır – Paşinyandan AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə İrəvanın KTMT-dən çıxacağını və bir daha təşkilata qayıtmayacağını bəyan edib.

 

Viral.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Son Yazılar:

 

O, vaxtın hələ müəyyən edilmədiyini bildirib.

 

“Nə fikirləşirsiniz? Növbəti addım nədir? Sizcə geri dönəcəyik? Yox, başqa yol yoxdur. Narahat olmayın, biz geri qayıtmayacağıq”, – deyə Ermənistanın baş naziri qeyd edib.

 

Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) indi Rusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.