Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq.
Viral.az xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən Rusiya və Amerika nümayəndə heyətləri arasında danışıqların aparılacağı “The Ritz-Carlton” hotelinin binasını tərk etməyi xahiş ediblər.
Son Yazılar:
- Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən YAYINIB
- Millimiz Avropa çempionatının əsas mərhələsində ilk matçını KEÇİRDİ
- Təhsil naziri UNESCO Baş direktorunun təhsil üzrə köməkçisi ilə GÖRÜŞDÜ
Qeyd edək ki, Rusiya və ABŞ nümayəndələri Ukraynadakı münaqişənin həlli üçün danışıqlara başlayıblar.
Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun daxil olacağı gözlənilir.