Heyətdə dəyişikliklər olacaq.
Viral.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:
Son Yazılar:
- İsrailin müdafiə naziri Katz Qəzzada yerli sakinləri təxliyə etməyə ÇAĞIRDI
- Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə ÇAĞIRDI
- Bu ölkədə qadınlar məcburi hərbi xidmət EDƏCƏK
“Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa sahib olan tərəf biz olaq. Qələbəyə inanmalıyıq. Qol imkanlarından yararlanmalıyıq”.
Qeyd edək ki, martın 25-də Masazırda “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.