-->

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya GƏTİRİLDİ

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya GƏTİRİLDİ

“Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib”.

Viral.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.

Son Yazılar: