Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 172 min 614 nəfər təşkil edib.
Viral.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 65.6%-i ( 113 216 nəfər) turizm məqsədi ilə, 34.4%-isə (59 358 nəfər) digər məqsədlərlə gəlib
Cari il yanvar ayında turizm məqsədi ilə Azərbaycana səfər edənlər ümumilikdə 205 milyon 613.4 min manat xərcləyib.
Son Yazılar:
- Polşa Belarusla sərhəddə maneələrin modernləşdirilməsini başa ÇATDIRDI
- Bayram namazını dağıdılmış məscidlərdə qıldılar
- İranda avtobus aşdı, 7 nəfər öldü, 30 yaralı var
Qeyd edək ki, hesabat dövründə ən çox pul xərcləyən turistlər Rusiya, Hindistan, Türkiyə, Birləşməmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Pakistan və Küveyt vətəndaşları olub .
Belə ki, Rusiya vətəndaşları 48.2 milyon manat, Hindistan vətəndaşları 34.4 milyon manat, Türkiyə vətəndaşları 23.3 milyon manat, Səudiyyə Ərəbistanı vətəndaşları 12.1 milyon manat, BƏƏ vətəndaşları 11,4 milyon manat, Pakistan vətəndaşları 9 milyon manat, Küveyt vətəndaşları isə 7.8 milyon manat xərcləyiblər.