Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Viral.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Son Yazılar:
- ABŞ heç vaxt adanı birləşdirə bilməyəcək
- Tailandda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə ÇATDI
- Tramp Rusiyadan neftə məhdudiyyətlər qoya bilər
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən inanıram ki, insanlığın ən böyük dəyərləri olan mənəvi təmizlik və yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən bu nurlu bayram ölkələrimiz arasında əlaqələrin inkişafına, dostluğun, qarşılıqlı dəstəyin və bütün müsəlman ümmətinin həmrəyliyinin möhkəmlənməsinə bundan sonra da töhfə verəcək.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram. Qoy bütün dualarınız və xeyirxah əməlləriniz Uca Allah tərəfindən qəbul olunsun”.