Bakının Yasmal rayonu, A.Mirzə Şərifzadə küçəsində (“Azon” zavodunun ərazisində) ağacların qırılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Viral.az xəbər verir ki, sakinlərin “Qafqazinfo”ya bildirdiklərinə görə, sözügedən ünvanda iri şam ağacları məhv edilir.
İddia olunur ki, ağacların qırılması ərazidəki tikinti işləri əlaqədardır. Məlumata görə, artıq bir neçə aydır ağaclar gecə saatlarında xüsusi texnika vasitəsilə kökündən çıxarılır.
Son Yazılar:
- İranı “bombalamaqla” HƏDƏLƏDİ
- ABŞ 10 ildə idxal rüsumlarından 6 trilyon dollar gəlir əldə EDƏCƏK
- Aprelin 1-i hansı günün dərsləri keçiriləcək?
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirdi ki, məsələdən xəbərdardırlar: “Hazırda nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırmalara başlanılıb”.