ABŞ administrasiyası ölkədən kənarda istehsal edilən bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcək.
Viral.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib.
“Biz faktiki olaraq 25% tarif rüsum edəcəyik. Amma avtomobilləri ABŞ-da yığsanız, heç bir rüsum olmayacaq”, – o bildirib.