Rusiyanın “Utair” aviaşirkəti bu ölkənin Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərindən Azərbaycanın paytaxtı Bakıya birbaşa reyslərin sayını artıracaq.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, uçuşlar yay aylarında daha çox olacaq. Əgər hazırda uçuşlar yalnız çərşənbə günləri həyata keçirilirsə, yay aylarında cümə və bazar günləri əlavə reysləri cədvələ daxil ediləcək. İlk belə reys iyun ayının əvvəlində baş tutacaq.
Son Yazılar:
- 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ÖTÜR
- İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ÖLDÜ
- İranı “bombalamaqla” HƏDƏLƏDİ
Məlumata əsasən, iyunun 6-da Surqutdan uçuş 06:40-da, Bakıya gəliş 10:05-da baş tutacaq. Bazar günləri isə reys axşam saatlarında olacaq: Surqutdan uçuş 17:15-də, Bakıya gəliş – 20:40-da. “Utair” təyyarələri cədvələ görə, həmin gün geri də uçacaq.