Azərbaycanın mərhum prezidenti Əblüfəz Elçibəyin əkiz nəvələri dünyaya gəlib.
Viral.az xəbər verir ki, dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.
Körpələrdən biri qız, digəri isə oğlandır.
Son Yazılar:
- 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ÖTÜR
- İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ÖLDÜ
- İranı “bombalamaqla” HƏDƏLƏDİ
Məlumatı “Qafqazinfo”ya ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: “Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.