Suriyada beş dövlətin iştirakı ilə terrorla mübarizə çərçivəsində vahid əməliyyat mərkəzi yaradılacaq.
Viral.az Türkiyə mediasına stinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il martın 9-da İordaniyada Türkiyə, İraq, Suriya və Livanın iştirakı ilə nazirlər səviyyəsində görüş olub və həmin görüşdə sözügedən mövzuda razılıq əldə edilib:
Son Yazılar:
- Tramp Ağ Evdəki 200 illik ağacı KƏSDİRƏCƏK
- XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat YAYDI
- Prezident 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım ETDİ
“Beş iştirakçı ölkə İŞİD terror təşkilatı başda olmaqla, Suriyanın terrorla mübarizəsinə dəstək istiqamətində razılığa gəlib. Suriyanın yeni hökumətinin tələbləri əsasında həmin dövlətlərin iştirakı ilə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb. Hazırda bu istiqamətdə işlər görülür”.
Məlumatda o da diqqətə çatdırılıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitlik və təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.