İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz aksiyalarda indiyə kimi 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.
Viral.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.
Son Yazılar:
- Şimal bölgəsində 5 kənddə YANĞIN
- İran ABŞ-yə görə İsveçrəyə etiraz notası verdi
- Respublika ərazisi üçün aprel ayına olan hava proqnozu açıqlandı
Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”.