“Qarabağ” Misli Premyer Liqasında bu gün səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.
Viral.az xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.
Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.
Son Yazılar:
- Enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ
- Saqqızın tərkibində təhlükəli maddələr VAR
- Azərbaycanda 12 günlük bayram tətili başa ÇATDI
Misli Premyer Liqası, IV dövrə
XXVIII tur
19:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.