ABŞ cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə 300 milyon dollardan çox vəsait xərcləyib.
Viral.az xəbər verir ki, bu barədə CNN ölkənin Müdafiə Nazirliyindəki (Pentaqon) mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nazirlik miqrantlara qarşı mübarizəyə ilk ayda təxminən 250 milyon dollar xərcləyib. Martın ortalarınadək bu rəqəm Daxili Təhlükəsizlik Departamenti və bəzi digər agentliklərin xərclərini nəzərə alınmasa, 328 milyon dollara yüksəlib.
Son Yazılar:
- “Melissa Group”da katlavan mənzillərin satışı DAYANDIRILDI
- Konsertində dünən ölən müğənniyə görə ağladı
- Xırdalanda Ukrayna vətəndaşının meyiti TAPILDI
“Donald Tramp administrasiyasının immiqrasiya və narkotik axınını azaltmaq üçün cənub sərhədində genişmiqyaslı hərbi əməliyyatı artıq vergi ödəyicilərinə 300 milyon dollardan çox başa gəlib”, – telekanal bildirir.
Mənbələr qeyd ediblər ki, bu tendensiya davam edərsə, qanunsuz immiqrantlarla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə proqramının birinci ili büdcəyə iki milyarddan çox başa gələcək.