“Bavariya” komandası Bundesliqanın 27-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.
Viral.az xəbər verir ki, görüşdə Münxen təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Oyunda hesab 17-ci dəqiqədə açılıb. “Bavariya”nın ingilis legioneri Harri Keyn adını tabloya yazdırıb.
Son Yazılar:
- “Melissa Group”da katlavan mənzillərin satışı DAYANDIRILDI
- Konsertində dünən ölən müğənniyə görə ağladı
- Xırdalanda Ukrayna vətəndaşının meyiti TAPILDI
Bu qoldan on dəqiqə sonra qonaqlar Elias Saadın sayəsində oyunda tarazlığı bərpa ediblər – 1:1.
Görüşün 53-cü və 71-ci dəqiqələrində Leroy Sane “Bavariya”nı yenidən hesabda irəli çıxarıb.
Əsas vaxta əlavə olunmuş hissədə “St Pauli”nin heyətində Lars Ritska bu qollardan birinin əvəzini çıxıb.