ABŞ Qəzzanın necə idarə olunması ilə bağlı təklif irəli SÜRƏCƏK

“Birləşmiş Ştatlar tezliklə Qəzza zolağının gələcəkdə necə idarə olunması ilə bağlı konkret fikirlərini təqdim etmək niyyətindədir”.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohada Əl-Cəzirə televiziyasına müsahibəsində bildirib .

O bildirib ki, ilk növbədə hakimiyyət, təhlükəsizlik və yenidənqurma problemləri nəzərə alınmalıdır.

Son Yazılar:

“Son dörd-beş ay ərzində mən ərəb dünyasındakı tərəfdaşlarla, Fələstin Milli Administrasiyası ilə, o cümlədən son iki gündə məhz bu məsələlərdə – gələcək planlar üzrə hərbi əməliyyatlar başa çatdıqdan sonra fəal şəkildə məsləhətləşdim”, – Blinken bildirib.

O, həmçinin qeyd edib ki, öz nöqteyi-nəzərindən Qəzza zolağında atəşkəs təklifləri ilə bağlı HƏMAS və İsrail arasında mövcud fikir ayrılıqları aradan qaldırıla bilər.

(redaktor.az)