Fövqəladə Hallar Nazirliyi (FHN) Goranboyda yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
Bu barədə Viral.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
Son Yazılar:
- “Neftçi” oyununun baş hakimi AÇIQLANDI
- Ukrayna müdafiəçilərinin uşaqları reabilitasiya üçün Azərbaycana gəldi
- Yanğına görə Mərkəzin vəzifəli şəxsi CƏRİMƏLƏNDİ
– obyektin elektrik təsərrüfatı istismar qaydalarının tələblərinə cavab vermir və nasaz elektrik qurğularından istifadə edilir;
– avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənəd təqdim edilməyib;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sığorta olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.