“Real”ın futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniyel Sebalyos cəzalandırılıb.
Viral.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Buna səbəb onların Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya qarşı cavab oyununda qeyri-etik davranışları olub.
Son Yazılar:
- Neftçalada evli qadını narahat edən kişi həbs EDİLDİ
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib
- Oturaq həyat tərzi bu xəstəliklərin baş qaldırmasına səbəb olur
Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Həmçinin, hər iki futbolçuya UEFA turnirlərində bir oyunluq şərti diskvalifikasiya cəzası verilib. Bu, onların il ərzində yenə də qeyri-etik davranış göstərdikləri halda real diskvalifikasiyaya çevriləcək.
Səbalyos isə 20 min avro məbləğində cərimə alıb, lakin diskvalifikasiya tətbiq edilməyib.
Qeyd edək ki, əvvəlcə etik və intizam məsələləri üzrə inspektor “Real”ın hücumçusu Vinisius Júniorun həmin oyundakı davranışlarını da araşdırmışdı, amma nəticədə braziliyalı futbolçuya qarşı heç bir iş açılmayıb.