Müdafiə Nazirliyində mühüm kadr dəyişikliyi baş verib.
Viral.az unikal-a istinadən xəbər verir ki, general-mayor Azər İbrahimov nazirliyin Baş Təchizat İdarəsinin rəisi təyin olunub.
O, bu təyinata qədər Dövlət Sərhəd Xidməti rəisinin müşaviri olub.
Son Yazılar:
- İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq TAMAMLANIB
- İraqın Baş naziri İlham Əliyevi təbrik ETDİ
- “Dədə Qorqud” şadlıq evinin fəaliyyəti dayandırıldı
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib.
O, “Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” orden və medalla təltif edilib.
A. İbrahimov 44 günlük Vətən müharibəsində döyüşdüyü Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqlənib. O, Prezidentin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif olunub.