Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.
O da qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.
Son Yazılar:
- Oturaq həyat tərzi bu xəstəliklərin baş qaldırmasına səbəb olur
- Azərbaycanda sabiq deputatın qızı anasını AXTARIR: 18 ildir üzünü görmür
- İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işi üzrə ibtidai istintaq TAMAMLANIB
“Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı qətnamənin qəbul edilməsini alqışlayır”, – məlumatda deyilir.