AKP və CHP-nin ittifaqı MHP-nin səmimi diləyidir

Türkiyədə iqtidardakı Cümhur İttifaqına daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli prezident və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Rəcəb Tayyib Ərdoğanın sonuncu bələdiyyə seçkilərinin qalibi, ana müxalifət mövqeyindəki Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özellə 11 iyunda gerçəkləşdirdiyi görüşdən sonra yazılı açıqlama yayıb.

 

Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bahçeli açıqlamasında CHP ilə AKP arasında geniş elektorata malik ittifaqın MHP-nin səmimi arzusu olduğunu bildirib.

Son Yazılar:

 

Siyasətçi qeyd edib ki, qütbləşmənin heç vaxt sonu və ya nəticəsi yoxdur. MHP-nin yaxşı niyyətli və konstruktiv hərəkətlərdən narahat olmayacağını bildirən Bahçeli əlavə edib: 

 

“Millətimizin tələb və problemlərinə sağlam düşüncə ilə həll yolları axtarmaq və buna nail olmaq siyasi partiyaların əsas və birinci vəzifəsidir”.

 

MHP lideri bəyan edib ki, partiyanın Cümhur İttifaqına sadiqliyi davam edir: “Hər kəs çox yaxşı bilməlidir ki, biz şərait nə olursa olsun prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın yanında olacağıq və dəstəkləyəcəyik, onu tək qoymayacağıq”.

 

Bahçeli AKP-CHP ittifaqının qurulmasına ötən prezident və parlament seçkilərində müxalifətin qurduğu Altılı Masa formatından da dəstək verilməsinin vacibliyini vurğulayıb.

 

MHP sədrinin açıqlamasından sonra AKP-nin sözçüsü Ömer Çelik X-də paylaşım edib: “Ölkəmizi qarşı-qarşıya olduğu təhlükələrdən qorumaq və gələcəyə güclü şəkildə daşımaq üçün qurulan Cümhur İttifaqı yoluna qərarlılıqla davam etməkdədir”.