Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, diplomatik mənbələrin məlumatına görə, görüş zamanı tərəflər Suriya və Qəzzadakı vəziyyəti, Azərbaycanla Ermənistan arasında hazırkı prosesləri, eləcə də Ukraynada gedən müharibəni müzakirə ediblər.
Fidan Moskvaya səfəri zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narşkinlə də görüşüb.
Son Yazılar:
- “Rusiyada səfərbərliyə ehtiyac yoxdur” – Peskov
- Oğlumun canına and olsun ki, 100 min də versən, bunu etmərəm
- Dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 24 %-ə yaxın ARTIB
Türkiyə xarici işlər nazirinin Rusiya-Türkiyə İş Adamları Dərnəyinin (RTİB) təşkil etdiyi tədbirdə iştirak etdiyi də bildirilir.
Hakan Fidan daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə də görüşüb.