“Rusiya Federasiyası ona qarşı sanksiyalar tətbiq etmiş ölkələrə maksimum zərər vurmalıdır”.
Viral.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedev deyib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
“ABŞ və onun müttəfiqləri Rusiya Federasiyasına qarşı qaydasız müharibə aparır, buna görə də Rusiya tərəfində “düşmənlə bağlı heç bir qayda” olmamalıdır”, – Medvedev belə hesab edir.
O, bütün növ silahların Rusiya müttəfiqlərinə verilməsinə çağırıb: “Lakin hələlik nüvə silahları istisna olmaqla”.
Medvedev sosial partlayışları qızışdırmaq üçün saxta xəbərlərdən istifadə edərək Rusiya Federasiyasının düşmənlərinin həyatını “tamamilə dəli kabusa” çevirməklə çağırış edib.