Elektron əmək müqaviləsi ödənişli olacaq?

“Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin elektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb”.

 

Viral.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Son Yazılar:

 

“Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş edilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur”,-deyə o bildirib.