“Get buradan”.
Viral.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan müxalif “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyana belə deyib.
O, tribunaya qalxaraq spikerə “yalan danışma” deyib. Spiker isə cavab verib ki, yalanı Ohanyanın özü deyir və “get buradan” ifadəsi ilə onu getməyə çağırıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Hadisə Simonyanla müxalifətçi deputat Geqaq Nazaryan arasında mübahisə zamanı baş verib. Nazaryan hakimiyyəti parlamentin avtomobillərinin parlament ərazisinə girişini məhdudlaşdırmaqda ittiham edəndə spiker onu “qeyri-adekvat” adlandırıb.