Ermənistanın baş naziri Nikol Paşinyan Lori və Tavuş vilayətlərində fövqəladə halların idarə olunması üzrə operativ qərargahın onlayın iclasını keçirb.
Viral.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, Paşinyan daşqınların vilayətlərə vurduğu zərərin obyektiv hesabını aparmağı vacib sayıb.
Son Yazılar:
- Taleh Yüzbəyovun xanımı qəzaya düşdü – FOTO
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
Öz növbəsində, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bu istiqamətdə artıq müəyyən işlərin aparıldığını bəyan edib.
Baş nazir soruşub ki, beynəlxalq yardım axtarmağa ehtiyac varmı, yoxsa vəziyyət hələ də idarə olunur? Sanosyan cavabında deyib ki, həcm və maliyyə baxımından böyük itkilər var. 14-dən çox körpü dağlıb, M6 dövlətlərarası yol bəzi ərazilərdə tamamilə zədələnib. Evlərə ciddi ziyan dəyib”.
Paşinyan bildirib ki, o, xarici işlər nazirinə göstəriş verəcək ki, bu zərərləri aradan qaldırmaq üçün hansı beynəlxalq yardım ala biləcək yolu araşdırsın.
Sanosyan deyib: “Biz anlamağa çalışmalıyıq ki, fövqəladə vəziyyət elan edilməlidir, ya yox?”.