“İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq”.
Viral.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: “Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır”.
Onun sözlərinə görə, uzunmüddətli layihə həyata keçiriləcək: “İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Böyük turnirlərdə olmaq istəyirik. Başqa təkliflər də var idi, lakin bu layihəyə inandığım üçün Azərbaycan millisini seçdim”.
Santuş qeyd edib ki, Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq. Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır.
Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin “Beşiktaş” komandası olub.