“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində “İnsan hüquqlarının və azadlıqlarının mahiyyəti” mövzusunda tədbir keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Viral.az-a bildirilib ki, tədbirdə “Aqroservis” ASC-nin İdarə Heyəti sədrinin müavini İlyas Həsənov insan hüquqları və qanuni mənafelərinin qorunması istiqamətində dövlət tərəfindən görülmüş məqsədyönlü işlər barədə danışıb. İnsan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu və dövlətin hər kəsin Konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyi diqqətə çatdırılıb. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə və icra prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyi vurğulanıb.

Son Yazılar:

 

Çıxış edənlər təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayacağını bildiriblər.

 

Tədbirdə ASC-yə daxil olan vətəndaş müraciətlərinin cavablandırılması, icrasına nəzarət haqqında iştirakçılara məlumat verilib. Qeyd olunub ki, gələcəkdə də insan hüquq və azadlıqları mövzusunu əhatə edən təlim və tədbirlərin keçirilməsi istiqamətində işlər görüləcək.