ABŞ Prezidenti Co Bayden İtaliyada keçirilən “Yeddilik Qrupu” sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi baxırlar”, – agentlik sənədin mətnindən sitat gətirir. “Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hər iki tərəf Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatının standartlarına cavab verən əhəmiyyətli silahlı qüvvələrə, güclü imkanlara və hərbi sənaye kompleksinə davamlı investisiyalara ehtiyacı olduğunu qəbul edir”, – deyə sazişdə qeyd olunur.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Sənəddə qeyd edilir ki, ABŞ Ukraynaya hərbi məhsullar, kəşfiyyat məlumatları, hərbi təlimlər və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.
(redaktor.az)