Şagirdlərimizdən MÖHTƏŞƏM UĞUR – ABŞ-də medal QAZANDILAR (FOTO/VİDEO)

Azərbaycanlı şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən olimpiadada ölkəmizi uğurla  təmsil ediblər.

Viral.az xəbər verir ki, 6-12 iyun tarixləri arasında  “New Jersey” ştatında  keçirilən  Amerika mərkəzli beynəlxalq “Neo Science” olimpiadasında  “Online Learning Academy” tədris mərkəzinin rəhbərliyi ilə şagirdlər  üç fərqli kateqoriyada, riyaziyyat, təbiət elmləri və “coding” üzrə biliklərini sınayıblar. Dünyanın müxtəlif ölkələrindən gələn şagirdlər əldə etdikləri nəticələrə uyğun olaraq medallara layiq görülüblər. 

Mərkəzin şagirdləri də bu mükafatlar içərisində öz yerlərini alıblar.

Son Yazılar:

Qeyd edək ki, Abbaszadə İnci 2 bürünc, Rəhimli Cihad 1 qızıl, 1 gümüş və 1 bürünc, İsayev Ömər 1 qızıl,2 bürünc, Nadirli Fərid 2 qızıl,1 gümüş, İsayev Murad 2 gümüş medal alaraq ölkəmizi layiqli təmsil ediblər. Əlavə olaraq komandamız “Robotics” üzrədə iştirak edərək qızıl medal əldə edib.

Şagirdlərimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.