Erməni keşiş İrəvandakı növbəti mitinqin vaxtını təyin etdi

Ermənistanda etitaz aksiyalarına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyanın ötən axşam İrəvanın Baqramyan prospektində təşkil etdiyi mitinq sakit başa çatıb.

Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baqrat Qalstanyan etiraza qaoşulanları iyunun 17-də saat 18:30-da yenidən Baqramyan prospektinə dəvət edib. O, 17 iyun mitinqindən əvvəl siyasi qüvvələrlə görüşlər keçirəcək, hərəkatı yenidən təşkil edəcək.

“Biz tamamilə yenidən toparlanmalıyıq. Müharibədə qələbələr, geri çəkilmələr, acı itkilər, uğurlar olur və bu müddət ərzində yenidən qruplaşmalar olur, müxtəlif strategiyalar hazırlanır ki, müharibə qalibiyyətlə sona çatsın və əbədi olmasın”, – keşiş deyib.

Son Yazılar: